1 Elan yerləşdirmə
1.1 İstifadəçinin pulsuz elan yerləşdirmə müddəti 30 gün təşkil edir. Müddət bitdikdən sonra elan avtomatik silinir.
1.2 Müddəti bitmiş elanı, istifadəçi bərpa edə bilər.
1.3 Elan yerləşdirildiyi 30 gün müddətində, istifadəçi həmin elanı silib təkrar eyni elanı yerləşdirə bilməz
1.4 İstifadəçi tərəfindən yerləşdirilən eyni bir elan, digər elanlardada aşkar olunarsa hər bir elan silinəcəkdir.
2 Qiymətlər
2.1 İstifadəçi elan yerləşdirdiyi zaman avtomabilin qiymətin doğru və tam olaraq qeyd etməlidir
2.2 Kredit yolu ilə satılacaq avtomabilin, kredit şərtləri elanın haqqında bölümündə tam olaraq qeyd olunmalıdır. (ilkin ödəniş, aylıq ödəniş, kreditin müddəti)
3 Haqqında bölməsi
3.1 Haqqında bölümündə reklam xarakterli, qeyri etik ifadələr, həmçinin digər əlaqə vasitələri, sosial şəbəkə profil adları, digər sayt linkəri əks edilməsi qadağandır.
3.2 “Haqqında” xanasında minimum 2 söz (Məs:İdeal vəziyyətdədir) mütləq şəkildə yazılmalıdır.
3.3 İstifadəçinin bir həftə ərzində maksimum üç dəfə dəyişiklik etmək imkanı vardır.
3.4 İstifadəçi yalnız “Haqqında” bölümündə və Qiymət bölümündə dəyişikliklər edə bilər.
“dəyişiklik” edildikdən sonra elan təkrar yoxlamadan keçərək qaydalara uyğun olduqu halda elavə olunur.
4 Şəkillər
4.1 İstifadəçi bir elan üçün, minimum dörd şəkil olmaqla, maksimum 20 şəkil yerləşdirə bilər. Tam ön hissə, arxa hissə, yan və salonun (ön panel) şəkli olmalıdır.
4.2 Tələb olunan minimum dörd şəkil, keyfiyyətli və aydın formada çəkilməlidir.
4.3 Digər sayt loqotipli və ya hər hansı başqa bir loqotipli şəkillər saytda dərc olunmur.
4.4 Əlavə effektlər verilmiş, şəkil ətrafı çərçivələr, hədsiz rəng effektli və screnshoot (Skrinşot) şəkillər saytda dərc edilmir.
4.5 Şəkillərdə avtomabilin dövlət nömrə nişanını qara xəttlə və ya nömrə
üzərini örtməklə, gizlədərək elan yerləşdirilə bilər.
4.6 Şəkillərdə reklam xarakterli mətin və ya şəkil (avtasalon şəkilləri xaric) olmamalıdır.
4.7 Yerləşdiriləcək şəkillər avtomabilin öz şəkilləri olmalıdır. İnternetdən götürülən, və ya digər avtomabilin şəkilləri eyni elanda yerləşdirilə bilməz.
4.8 Şəkillərdə əlaqə vasitələri, sahibi və ya digər şəxs (şəxslər) olmamalıdır.
4.9 Qəzalı vəziyətdə olan, ve ya ayrı ayrı hissələri satmaq məqsədilə elan yerləşdirmək qadağandır.
4.10 Şəkillərin minimal ölçüsü 1024x768 pikseldir.
4.11 Şəkillər düzgün üfüqi xətt üzrə yerləşdirilməlidi (aşağı/yuxarı).
4.12 Eyni şəkili bir elanda təkrar əlavə etmək olmaz.
6 Əlaqə vasitələri
6.1 Elanda əlaqə vasitələri: elektron poçt ünvanı, telefon nömrəsi, düzgün qeyd edilməlidir.
6.2 Elanda telefon nömrəsi düzgün qeyd edilməlidir. Əks təqdirdə elan silinəcəkdir.
6.3 Əlavə edilmiş elanda dəyişiklik etmək üçün, elan dərc olunduğu zaman sizin gmailə göndərilən PİN-şifrədən istifadə etməlisiz. Şifrəni unutduqunuz halda, şifrə e-poçtunuza göndəriləcəkdir.
7 Avtosalonlar
7.1 Bütün yuxarıda qeyd olunan qaydalar avtosalonlara və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslərə də aiddir.
7.2 Əgər istifadəçi ticarət fəaliyyəti ilə məşğul olursa Farsaj.com dəstək bölməsinə müraciət etməklə, onun şəxsi hesabı ticarət fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş hesaba keçiriləcək.
7.3 Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər üçün elan yerləşdirmək pulsuzdur.
7.4 Farsaj.com-da olmayan yeni marka nümayəndələri, öz marka və modellərini sərbəst şəkildə əlavə edə bilməzlər. Bunun üçün texniki dəstək bölməsi ilə əlaqə yaratmalı. Əlavə ediləcək hər marka modeli üçün ayrı ödəniş ödənməlidir.
7.5 Hər hansı qayda pozuntusu zamanı Farsaj.com saytı administrasiyası müqaviləni ləğv etmək hüququna malikdir. Müqavilə ləğv edildiyi halda ödənilən məbləğ geri qaytarılmır.
8 İstifadçi bloklanması
8.1 farsaj.com sayt qaydalarını təkrar-təkrar pozan istifadəçilər, digər məqsədlər üçün elan yerləşdirilməsi aşkar edilən istifadəçilərin elaqə vasitələri blok edilir.
8.2 farsaj.com saytı moderator və ya operatora qarşı müraciətdən kənar sual verənlər ve ya hörmətsizlik edənlərin əlaqə vasitələri blok ediləcək.
8.3 Əlaqə vasitələri blok edilən istifadəçinin, blokdan çıxarılması qeyri mümkündür.
Texniki dəstək xidməti
Texniki dəstəy bölməsi Bazar ertəsindən Şənbə gününə qədər saat 10:00-dan 18:00-a kimi, Şənbə 10:00-dan 13:00-a qədər işləyir.
Texniki dəstəy bölməsinə müraciət edildikdə, sizin gmailə göndərilən Elan nömrəsi mütləq bildirilməlidir.
Elan yerləşdirildiyi, bərpa edildiyi və ya qaydalara uyğun olmadıqı halda sizin gmail ünvanına avtomatik mesaj gələcək.
farsaj.com saytı qaydaları gələcəkdə, birtərəfli şəkildə öz prinsiplərinə uyğun olaraq, istifadəcilərə əvvəcədən xəbərdarlıq etmədən dəyişdirə bilər. Qaydaları sonradan dəyişdirmə hüququn farsaj.com saytı özündə saxlayır.
İstifadəçi bu hallarda məsuliyyət daşıyır: Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olmayan, digər şəxslərin hüquqlarına zidd məlumatlar paylaşarsa, operatorla qeyri etik danışıq apararsa.